Bloqer Cavid Nəsrullah "Bakı Metropoliteni" QSC-də yeni vəzifəyə təyin edilib.
Pravda.az-ın məlumatına görə C.Nəsrullah QSC-də Kommunikasiya departamentinə müavin təyin olunub.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib: "Bəli, Cavid Nəsrullah müavin təyin olunub. Bundan öncə o, "Azerfon" (Nar), "Gilan Holding"in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və ADY-də çalışıb".