2024-cü il yanvar-dekabr aralığında Azərbaycandan Norveç iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların ümumi həcmi 6, mln. 967 min ABŞ dollarına çatıb.
Valyuta.Az xəbər verir ki, bu öncəki illə müqayisədə təxminən 6967 dəfə daha çoxdu. Qeyd edək ki, 2023-cü ildə Azərbaycan tərəfindən Norveç iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1000 ABŞ dolları təşkil edib.
Digər tərəfdən isə Norveç tərəfindən Azərbaycan iqtisadiyyatına cəlb olunmuş investisiyaların həcmi təxminən 10.2 % faiz və ya 15 mln. 483 min ABŞ dolları məbləğində azalıb.
Belə ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına 152 mln. 220 min ABŞ dolları birbaşa xarici investisiya yönəldən Norveç, 2024-cü ildə bu rəqəmi 136 mln. 737 min ABŞ dollarına endirib.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 5,83 % artaraq 7 mlrd. 46 mln. 217 min ABŞ dolları təşkil edib. 2023-cü ildə isə bu rəqəm 6 mlrd. 658 mln. 68 min ABŞ dolları idi.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 43,3% azalaraq 3 mlrd. 117 mln. 441 min ABŞ dollarından 1 milyard 762 milyon 690 min ABŞ dollarına düşüb.