Ekspert: "Ölkədə ekonom büdcəli otellərin sayını artırmaq lazımdır"

İQTİSADİYYAT
14:14 / 01.04.2025
144

"Post-münaqişə dövrünü yaşadığımız zamanda Azərbaycana gələn turistlərin sayında da artım müşahidə olunur". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, artıq işğaldan azad olunmuş bölgələrimizdə canlanma yaşanır:

"Ölkə rəhbərliyi tərəfindən Qarabağ bölgəsində sürətli şəkildə yenidənqurma işlərinin həyata keçirməsi çox mühümdür. Xüsusilə orada 3 böyük hava limanının tikilib istifadəyə verilməsi də Qarabağın turist kütləsinin qəbuluna hazır olduğunu göstərir. Həmçinin, ölkəmizdə olan sabitlik və ictimai asayişin yüksək səviyyədə qorunması Azərbaycana turist axının güclənməsinə səbəb olur". 

370338

Ekspertin sözlərinə görə, daha çox turist qəbul etmək üçün iki istiqamətdə işlər görülməlidir:

"Birincisi, işğaldan azad olunan ərazilərimizdə ekonom büdcəli otellər tikilib turistlərin istifadəsinə verilməlidir. Xüsusilə, Qarabağ bölgəsində mülacəvi sanatoriyaların açılması turistlərin böyük marağına səbəb olar. Üstəlik, bütün bunlar hər kəs üçün əlçatan olmalıdır. Belə olacağı təqdirdə, ölkəmizə gələn turist sayında da kəskin artım qeydə alınar". 

Rəhman Quliyevin sözlərinə görə, ikinci istiqamət isə əhalimizin sıx məskunlaşdığı digər bölgələrimiz olmalıdır:

"Quba, Qusar, Şəki, Qax, Zaqatala, Lənkəran, Lerik, Masallı kimi bölgələrdə də turistlər üçün ekonom büdcəli yerlərin sayı artırılmalıdır. Nəzərə almaq lazımdır ki, ölkəmizə gələn turistlərin çok kiçik bir hissəsi yüksək büdcəli olur. Lakin ölkəmizə gələn orta və aşağı büdcəli turistlərin sayı kifayət qədər yüksəkdir. Ona görə də mütləq şəkildə ekonom büdcəli otellərin sayını artırmaq labüddür".

Pərviz

0