“Azərbaycanın ərzaq məhsullarının idxaldan asılılığı 70-75 faiz arası dəyişir. Bunun əsas səbəbi yerli istehsalın illərdir ki, istənilən tempdə artmamasıdır. Kənd təsərrüfatına böyük diqqət yetirilir. Bu istiqamətdə illər ərzində böyük proqramlar qəbul olunub. Dotasiyaların həcmi və verilməsi istiqamətləri də keyfiyyət olaraq, yaxşılaşdırılıb. Lakin bu da yetərli deyil”.
Bu fikri Hit.az-a iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, aqrar sahədə çalışanların ən böyük problemi uzunmüddətli və aşağı faizli kreditlərin olmamasıdır:
“Azərbaycanda əhalinin gəlirlərinin ərzağa xərclənən hissəsi çoxdur. Biz daha çox ərzağa pul xərcləyiriksə, həmin vəsait valyutaya çevrilib ölkədən çıxır. Çünki , biz idxaldan asılıyıq. Öz ehtiyaclarımızı ödəmək üçün xaricdən məhsul almağa çalışırıq. Amma daxili istehsal artsa, həmən vəsait ölkə daxilində dövriyyə edə bilər”.
Sevinc