Bakıya turist axınını artırmaq üçün nələr edilməlidir? - Ekspert AÇIQLADI

İQTİSADİYYAT
13:43 / 07.04.2025
109

"Azərbaycana gələn turistlərin böyük əksəriyyəti ölkəyə giriş-çıxışın əsasən paytaxtdan olması ilə bağlı olaraq məhz Bakıya üz tuturlar". 

Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, qalmaq və gecələmək statistikasına görə də turistlər daha çox Bakını seçirlər:

"Üstəlik, paytaxtdakı otellərin sayının çoxluğu da turistlərin yerləşməsi üçün şərait yaradır. Ümumiyyətlə, Bakı Xəzər dənizinin sahilində yerləşməsinə və ya parklarına görə turistləri cəlb edir. Eyni zamanda, paytaxtımızın regionlarla müqayisədə daha çox əyləncə təklif etdiyini unutmaq olmaz". 

370707

Lakin ekspert qeyd edib ki, turizm məhsullarının çeşidləndirilməsi və gələn qonaqların asudə vaxtlarının daha əyləncəli keçirilməsi üçün başqa addımlar da atmaq olar:

"Məsələn, daha çox turizm məhsulları yaradaraq turistlərə təqdim oluna bilər. Bunun da onların daha çox turizm məhsulu istehlak etmələrinə və faydalı zaman keçirmələrinə müsbət təsir etməsi mümkündür. 

Həmçinin, burada alış-veriş, əyləncə, gəzmək və ya tarixi abidələri ziyarət etməyi də qeyd etmək olar. Ümumiyyətlə, turistlər üçün Bakı şəhərində qalmağa kifayət qədər yer var. Üstəlik, bu, regionlarla müqayisədə mövsümilikdən daha az asılıdır". 

Mütəxəssis Bakıya turist çəkmək üçün atıla biləcək başqa addımlardan da söz açıb:

"Düşünürəm ki, Bakı bundan sonra da bir çox böyük konfranslara ev sahibliyi edə bilər. Bunun üçün infrastruktur var. 

Bundan başqa, bir çox ölkələr və turizm destanasiyaları özlərini tanıtmaq məqsədilə bəzən dünyaca geniş auditoriyası olan film və ya seriallara məkan sahibliyi edirlər. Yəni reklam qarşılığında film və serial çəkilişinə dəstək olurlar. Bu da həmin ərazilərə maraq artırır və turist axınına müsbət təsir göstərir. Bakı üçün də bu addımın atılması mümkündür". 

Pərviz

0