Azərbaycanda viski istehsalı üç dəfəyədək artıb.
Maraqlıdır, ölkəmizdə viski istehsalının artmasının səbəbi nədir?
İqtisadçı Fuad İbrahimov Hit.az-a deyib ki, digər içkilərlə yanaşı, viskiyə də tələbat var:
“İndi bu içki növünə tələbat qismən artıb. Viski ənənəvi içkilərimizlə müqayisədə daha çox qərbyönümlü içki kimi qəbul olunur. Bu içki növü müstəqillik əldə etdikdən sonra postsovet məkanına daxil oldu. Artıq viski yerli istehsal formatında bazara daxil olub və xaricdən gələn digər məhsullarla sağlam rəqabət apara bilir. Hazırda viskinin digər içkilərdən daha çox istifadəsi proqnozlaşdırılır və bu, mərhələli şəkildə artacaq. Çünki, yerli istehsal olduğu üçün qiymət əlçatanlığı da insanların istifadə imkanlarını reallaşdır”.
Sevinc