Avropada qazın qiyməti nə üçün ucuzlaşıb? - RƏY

İQTİSADİYYAT
09:41 / 08.04.2025
207

Avropada təbii qazın qiyməti ucuzlaşıb. 

Belə ki, ötən gün qazın dəyəri 8 faiz azalaraq 33,5 avroya qədər düşüb. Bu isə son 11 ayın ən aşağı göstəricidir. 

Maraqlıdır, bu ucuzlaşma nə ilə bağlıdır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlama verib. O bildirib ki, Avropada qazın qiymətinin ucuzlaşmasının bir neçə səbəbi var:

370754

"İlk səbəb ABŞ-nin yeni tarifləri nəticəsində dünya iqtisadiyyatının kiçilməsidir. Dünya iqtisadiyyatı kiçildikdə yanacağa və enerjiyə olan tələbat azalır. Bu isə təbii ki, benzin və qazın qiymətinə təsir edir. Üstəlik, bu təsirin hələ bir müddət davam edəcəyi proqnozlaşdırılır. Çünki bu təsirə görə qiymətlərdəki ən aşağı göstərici qeydə alınmayıb".

Mütəxəssis digər səbəblərdən də söz açıb:

"Bu il Avropada əvvəlki illərlə müqayisədə yazın daha isti gəldiyi hesab olunur. Əlbəttə ki, bu da qaza olan tələbatı azaldır. Bunun fonunda Avropada "yaşıl enerji" istehsalı artıb. Bu da qaza olan tələbatı və qazın qiymətini azaldır. Həm bütün bunlara, həm də Rusiya ilə yaşanılan gərginliyə görə Avropa özünə daha çox qaz ehtiyatı yaradıb. Həmin qaz ehtiyatının yüksək olması, bəzi anbarların tam dolması qaza olan tələbatı azaldır". 

Pərviz

0