"Azərbaycana gələn turistlərin sayı durmadan artır" - AÇIQLAMA

İQTİSADİYYAT
14:50 / 08.04.2025
221

Azərbaycanın nüfuzu beynəlxalq aləmdə yüksəlməyə davam edir. 

Son zamanlarda bunu daha açıq şəkildə görmək mümkündür. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizin hər sahədə inkişaf etməsinə səbəb olur. Bu sayədə ölkəmiz hər zaman bütün dünyanın diqqət mərkəzində olur. 

Azərbaycanda keçirilən beynəlxalq və mötəbər tədbirlər ölkəmizə olan marağı daha da artırır. Bütün bunlar isə Azərbaycanın turizm sektoruna da çox müsbət töhfələr verir. 

Demək olar ki, hər il ölkəmizə gələn turistlərin sayında artım qeydə alınır. Bu isə o deməkdir ki, Azərbaycan artıq dünyanın aparıcı turist ölkələrindən birinə çevrilməyi bacarıb. 

Bununla bağlı turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlama verib. O bildirib ki, hər bir turist üçün qızıl qaydalar var:

370785

"Turist üçün ilk növbədə səyahət edəcəyi ölkədə mütləq şəkildə əmin-amanlığın olması vacibdir. Eyni zamanda, siyasi sabitlik olmalı və ictimai asayiş yüksək səviyyədə qorunmalıdır. Ölkəmizdə də bunların hər biri yüksək səviyyədədir". 

Mütəxəssis vurğulayıb ki, ona görə də Azərbaycana gələn turistlərin sayı hər keçən gün artır:

"Azərbaycana gələn hər bir turist rahat və təhlükəsiz şəkildə ölkənin istənilən nöqtəsinə istənilən saatda gedə bilir. Yəni bununla bağlı heç bir məhdudiyyət yoxdur. 

Həmçinin, ölkəmizə turist axınının olması Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu artdıqca, bizə üz tutan turistlərin də sayı bir o qədər artır". 

Pərviz

0