Sosial şəbəkədə məhsulların reklamına vergi ödənilə bilər?

İQTİSADİYYAT
19:29 / 08.04.2025
208

“Hər kəs sosial şəbəkədə öz məhsulunu təqdim edə bilər. buna görə kiməsə vergi verməli deyil. Şəxs azad şəkildə sosial şəbəkədə öz fikrini yaya bilər. O şəxsin fəaliyyəti cəmiyyətə, dövlətə zərər vurmazsa ona heç kim heç nə deyə bilməz”.

Bu fikirlər Hit.az-a TvPress.Az saytının baş redaktoru Elçin Bayramlı deyib.

O bildirib ki, sosial şəbəkələr insanların azad şəkildə bir-birilə sosialaşa bildiyi məlumatları paylaşdığı, əldə etdiyi azad məkandır. Qanun pozulmadıqca, cəmiyyətə zərər verilmədikcə sosial şəbəkələrə müdaxilə edilə bilməz.

Məlumdur ki, Rusiyada sosial şəbəkələrdə reklam verilməsi qanunla qadağan olunub. Bu sırf siyasi məsələdir. Hazırki vəziyyətdə bir çox xarici agentura şəbəkələri Rusiya sosial şəbəkələrində dövlət əlehinə dezinformasiyalar yayır, əhali arasında təxribat yaymağa çalışır”.

Ekspert hesab edir ki, sosial şəbəkədə kiçik obyektlərin öz məhsulunu reklam etməsinə görə vergi tələb edilməsi düzgün deyil:

“Nəzərə almaq lazımdır ki, istənilən şəxsin sosial şəbəkədə sərbəst məlumat paylaşmaq hüququ var. Hansısa məhsul satılırsa onun dövriyyəsindən vergi tələb oluna bilər, reklama görə yox.  Sosial şəbəkələrə nəzarət olunmalıdır. Bu nəzarət cəmiyyətdə təxribat yayanlara qarşı olmalıdır. Danılmaz faktdır ki, bu gün sosial şəbəkədə mənəvi dəyərlərimizə qarşı açıq şəkildə terrora məruz qalır. Gənclərimizin düşüncəsi, ailələrin dağılmasına qarşı sosial şəbəkədə kampaniya aparılır. Bu istiqamətdə işlər görülməlidir”.

Sevinc 

0