Ərzaq məhsullarının qiymətində bahalaşma - VİDEO

İQTİSADİYYAT
10:32 / 11.04.2025
326
Mart ayında qiyməti bahalaşan və ucuzlaşan məhsulların  siyahısı açıqlanıb. Dövlət Statistika Komitəsi ötən ayla bağlı məlumatları açıqlayıb.
 
Bahalaşan məhsullrın siyahısında balıq və balıq məhsulları, süd və süd məhsulları, yağlar, ən çox istifadə olunan meyvə və tərəvəzlər yer alır.
 
Ucuzlaşma isə sadəcə 4 məhsulun - unun, yumurtanın, göyərtinin və xiyarın qiymətlərində müşahidə olunub.
 
Satıcılar bildirir ki, qiymət artımı daha çox qış aylarında olub. Hazırda bahalaşma yoxdur, əksinə ucuzlaşma var
 
İqtisadçı Rəşad Həsənov deyir ki, qiymət artımı daha çox marketlərdə alış-veriş zamanı hiss olunur. Onun sözlərinə görə, son bir neçə ildə geosiyasi vəziyyətin gərginləşməsi, dünya ölkələrinin yaşadığı iqtisadi böhran, iqlim dəyişiklikləri bahalaşmaya səbəb olur.
 

0