Bakı-Tiflis qatarının bərpası təxirə salındı

İQTİSADİYYAT
16:36 / 11.04.2025
137

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.

APA “Sputnik Georgia”ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan Dəmir Yolları yayıb.

Bildirilib ki, Bakı və Tbilisi arasında sərnişin qatarının bərpası üzrə işlər davam edir, lakin sərnişin daşımaların bərpa olunacağı tarix daha sonra açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl reyslərin 1 may tarixində bərpa ediləcəyi açıqlanmışdı.

0