"Bakı 1 nömrəli Yol İstismarı" MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Hit.az xəbər verir ki, MMC-nin vergi borcu hazırda 527 238,76 manat təşkil edir.
MMC 1995-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 49 299 983 manatdır. MMC-nin qanuni təmsilçisi Zaur Həmzəyevdir.
“Bakı 1 nömrəli Yol İstismarı” MMC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərir.
Abbas