Banklar kredit üçün müraciət edən şəxsin ilk olaraq tarixçəsinə nəzər yetirir.
Banklar vətəndaşın kredit tarixçəsində hər hansı problem olduğunu görürsə, çox vaxt kredit vermir.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, banklar və bank olmayan kredit təşkilatları vətəndaşa kredit verməmişdən öncə onun kredit tarixçəsinə baxırlar:
“Qanun banklara və bank olmayan kredit təşkilatlarına tarixçəsində problem olan şəxslərə kredit verməyi qadağan etmir. Sadəcə banklar həmin şəxslərə kredit vermir, riskə getmək istəmir. Ödənişdə yubanma olubsa, bu kredit tarixçəsində əks olunur. Aldığınızı vaxtında qaytarırsınız, bu da tarixçənizə yazılır. Sabah sizə böyük məbləğdə kredit lazım olanda, bank baxacaq ki, nə vaxtsa problem olub, amma sonra siz növbəti kreditləri alıbsınız, vaxtında ödəyibsiniz. Bu zaman artıq sizə böyük məbləğdə kredit verməkdən çəkinməyəcəklər”.
Sevinc