AYNA deputata məxsus olduğu deyilən şirkətdən 104 minlik mebel alır

İQTİSADİYYAT
20:39 / 14.04.2025
127

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Embawood” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Hit.az xəbər verir ki, şirkət AYNA-nın mebel avadanlıqların və jalüzlərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 104 181 manatdır. 

“Embawood” şirkətinin təsisçilərindən biri deputat Məşhur Məmmədovdur. 

Mediada gedən məlumatlara görə, şirkət əslində elə tam olaraq Məşhur Məmmədova məxsusdur. 

Abbas 

0