Kirayədə qalanın müqaviləsi varsa, ev sahibi onu yalnız yalnız məhkəmə yolu ilə çıxara bilər

İQTİSADİYYAT
20:17 / 15.04.2025
60

"Kirayədə q alanların çoxunun müqaviləsi yoxdur. Qanunvericiliyə görə, 11 aydan çox kirayə, icarə müqaviləsi notarial bağlanmalıdır və hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmalıdır. Kirayə, icarə hüququ da bir əşya hüququdur". 

Bu sözləri Hit.az-a hüquqşunas Əkrəm Həsənov deyib.

O bildirib ki, kirayədə qalanın müqaviləsi varsa, ev sahibi onu yalnız yalnız məhkəmə yolu ilə çıxara bilər. O da o vətəndaş kirayə şərtlərini pozmuş olarsa: 

"Ödənişləri vaxtında etmərsə, əmlaka zərər verirsə, kirayə əmlakdan təyinatı üzrə istifadə etmərsə kimi amillər sübut olunsa , həmin şəxs evdən çıxa bilər".

Sevinc

0