Dövlət Gömrük Komitəsinin (DGK) Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalının elan etdiyi tender ləğv olunub.
Hit.az xəbər verir ki, tibbi sərf mallarının satın alınması üçün elan edilən tenderin ləğvi müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır.
Qanunvericiliyə görə bu halda tender ləğv edilməlidir.
Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 1 421 791 manatdır.
Abbas