Xaricdən sifariş etdiyimiz bağlamalar bəzən uzun müddət vətəndaşa çatdırılmır.
Bu zaman itmiş bağlamalara görə kim məsuliyyət daşıyır?
İqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a bildirib ki, itən bağlamalara görə məsuliyyət ya karqo, ya da sığorta şirkətinin üzərinə düşür:
“Sifariş zamanı karqo şirkətinin saytda qeyd etdiyi müqavilələrdən asılıdır. Ya həmin itən bağlamalar sığortalanır və sığorta şirkəti tərəfindən ödənilir, ya da çatdırılma şirkəti məsuliyyəti öz üzərinə götürür”.
Sevinc