32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır

İQTİSADİYYAT
18:18 / 19.04.2025
49

Xəbər verdiyimiz kimi, ötən gecə "Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib. 

Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.

Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

"Həmçinin hadisənin baş verdiyi Şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcəkdir".

Bəs bu hadisədən sonra şadlıq sarayı bağlana bilər?

"Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcəkdir", deyə AQTA-dan bildirilib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, sözügedən şadlıq evində bu axşam da toy məclisinin keçirilməsi nəzərdə tutulub. Restoranda toy qiymətləri isə bir nəfər üçün 80 manatdan başlayır. 

0