"Para" Bank Olmayan Kredit Təşkilatı ASC-nin İdarə Heyətinin üzvü Hüseynov Rəcəb Məmməd oğlu yaxın günlərdə bu vəzifədən azad edilə bilər.
Valyuta.az-ın məlumata görə, iyunun 9-da "Para" BOKT ASC-nin baş ofisində səhmdarların ümumi yığıncağı keçiriləcək.
Görüş zamanı Müşahidə Şurasının yeni tərkibinin formalaşdırılması, Hüseynov Rəcəb Məmməd oğlunun İdarə Heyətindən çıxarılması və yeni üzvün seçilməsi məsələləri müzakirə olunacaq. Eyni zamanda, 2024-cü il üzrə maliyyə hesabatının təsdiqlənməsi də gündəlikdə yer alır.
Qeyd edək ki, "Para" BOKT 2017-ci ildə, lisenziyası 2016-cı ildə ləğv olunmuş "Parabank" ASC-nin bazasında yaradılıb. Təşkilatın nizamnamə kapitalı 29 milyon 266 min manat təşkil edir.