Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB

İQTİSADİYYAT
15:46 / 22.04.2025
88

"Dərnəgül" elektrik deposunun layihələndirilməsi "Bakı Metropoliteni" QSC-nin "Bakımetrolayihə" İnstitutu tərəfindən aparılıb. Burada depo üçün mühüm olan bütün infrastruktur yaradılacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi əlavə edib ki, layihədə depoda obyektlərin, təsərrüfat və istehsalat sahələrinin qurulması zamanı infrastrukturun tələblərə uyğun olmasına xüsusi diqqət yetrilib:

"Burada hər bir sahənin fəaliyyəti müasirliklə yanaşı, daha optimal, səmərəli və funksional avadanlıqlarla təmin ediləcək. Deponun tərtibatında Yaşıl xətt üzrə qatarların ən müasir mikroiqlim nəzarəti sisteminə xidmət göstərilməsi, eyni zamanda qatarların təmiri üçün lazım olan bütün zəruri infrastrukturun qurulması, mühəndis-sanitariya sahələrinin optimallığı, ekoloji tələblərin standartlarına uyğunluğu, müasir təkəryonma dəzgahının quraşdırılması və digər bu kimi mühüm tələblərə diqqət ediləcək. Hal-hazırda Bakı metropolitenində gediş haqqı tariflərinə yenidən baxılması aktual deyil".

0