İsmayıllıda Şeyx Məhəmməd məscidinin bərpasına nə qədər xərclənəcək?

İQTİSADİYYAT
19:41 / 22.04.2025
51

İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı Şeyx Məhəmməd məscidi bərpa ediləcək. Həmçinin məscidin ərazisində abadlıq işləri aparılacaq. 

Hit.az xəbər verir ki, artıq Dövlət Turizm Agentliyi bununla bağlı tenderə yekun vurub. Tenderin qalibi “Tələt” firması seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 284 018,91 manatdır. 

Abbas

0