Bakıda tikilən yeni yol nə vaxt istifadəyə hazır olacaq? - VİDEO

İQTİSADİYYAT
10:15 / 24.04.2025
40
Bakıda nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə alternativ yollar çəkilir. Xezerxeber.az-ın məlumatına görə, Həsən Əliyev küçəsi- ''Koroğlu'' metrostansiyası avtomobil yolunun tikinisi sürətlə aparılır.
 
Yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilir.
 
Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, qeyd olunan ərazilərdə tikinti işləri icra olunur.
 
Layihəyə uyğun olaraq 3-cü km-lik hissədə və Mirzə Uluqbəy küçəsində isə yeraltı piyada keçidlərinin inşası aparılır. Qeyd edək ki, tikinti işləri ilə bağlı sözügedən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.
 
Yolun il yarıma istifadəyə verilməsi nəzərdə tutulur.
 
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 

0