Dövlət qurumunun 241 min manatlıq tenderi niyə ləğv edilib?

İQTİSADİYYAT
19:40 / 25.04.2025
68

Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhəri üzrə nümayəndəliyinin tenderi ləğv edilib. 

Hit.az xəbər verir ki, Qəbələ şəhər küçə,səki və parklarının abadlıq təmir işlərinin satın alınması üçün elan edilən tenderin hansı səbəbdən ləğv edildiyi məlum deyil. 

Bəlli olan odur ki, tender Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qaəraı ilə ləğv edilib. 

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 241 726 manatdır. 

Abbas 
 

0