Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

İQTİSADİYYAT
12:17 / 28.04.2025
43

2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqavilələrinin ümumi sayı təxminən 1,9 milyon nəfər təşkil edib.

HİT.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, onlardan 900 min nəfəri dövlət sektorunda, 1.0 milyon nəfəri isə özəl sektorda fəaliyyət göstərir:

“Martın 1-i ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 1043,6 manat təşkil edib”, - o qeyd edib.


 

0