Küləkli, soyuq hava aqrar sektora necə təsir edəcək?

İQTİSADİYYAT
17:12 / 28.04.2025
48

Aprel ayının son günlərini yaşasaq da, hava qeyr-sabit keçir.

Maraqlıdır, küləkli, soyuq hava aqrar sektora necə təsir edəcək? 

İqtisadçı Akif Nəsirli Hit.az-a deyib ki, havanın bu cür sərt keçməsi, ümumiyyətlə, bütün bitkilərin inkişafına mənfi təsir göstərir:

 “Temperaturun aşağı düşməsi bitkilərin vegetativ orqanlarının inkişafına mənfi təsir edir. Pis hava şəraitinin yaratdığı təsir bazarda qiymətlərə də təsir edəcək. Yaz vaxtı intensiv yağışların yağması, güclü küləklərin əsib havanın temperaturunun kəskin şəkildə dəyişməsi ağacların, bitkilərin çiçəkləmə dövründə və tarla işlərinin aparıldığı vaxtlarda mənfi təsir göstərir”.

Sevinc

0