Azərbaycanda pul bazası apreldə 800 milyon manata yaxın azalıb

İQTİSADİYYAT
12:41 / 01.05.2025
47

Bu günə Azərbaycanda pul bazası 20 milyard 719,3 milyon manat təşkil edib.

HİT.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 778,8 milyon manat və yaxud 3,6 % azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 0,9 %, azalıb, son 1 ildə isə 3,6 % artıb.
 

0