DGK-ya məxsus iki avtomobil hərraca çıxarılır

İQTİSADİYYAT
20:57 / 01.05.2025
55

Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks" Birliyinə məxsus iki avtomobil hərraca çıxarılacaq. 

Hit.az xəbər verir ki, qurum hərracda 2004-cü il istehsalı olan VAZ 2107 minik avtomobilini və 2006-ci il istehsalı olan QAZ 322131-95 markalı mikroavtobusu satmağı planlaşdırır. 

Avtomobillərin start qiyməti müvafiq olaraq 2500 və 5500 manatdır. 

Hərrac iyunun 11-də keçiriləcək. 

Abbas

0