Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin tenderi ləğv edilib.
Hit.az xəbər verir ki, Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması ilə bağlı elan edilən tenderinin hansı səbəbdən ləğv edildiyi bəlli deyil.
Bu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.
Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 619 513,52 manatdır.
Abbas