Kobalt, qəhvə və qızıl 2025-ci ilin yanvar-aprel aylarında investisiya üçün ən sərfəli əmtəə olub.
HİT.az bu barədə Londondakı Intercontinental Exchange (ICE Futures) və Şanxay Metal Birjasının məlumatlarının təhlilinin nəticələrinə əsasən xəbər verir.
Dörd ayda kobalt demək olar ki, 39% bahalaşıb. Bu metal, məsələn, polad və elektrik batareyalarının istehsalı üçün geniş istifadə olunur. Qızıl 25,6% bahalaşıb. Polad (+22,3%), rodium (+18,1%) və mis (+15%) də əhəmiyyətli dərəcədə bahalaşıb.
Kənd təsərrüfatı məhsulları arasında 2025-ci ildə ən yüksək qiymət artımını Arabica qəhvəsi göstərib (+25,8%). Amerika birjasında soya yağı 21,4%, buğda isə 11,1% bahalaşıb.
Portağal suyu, əksinə, digər məhsullardan daha çox ucuzlaşıb – 45%. Avropa birjasında kartofun qiyməti də xeyli aşağı düşüb - təxminən 43%.
Samir