1 kvadrat metri ən aşağı 1750, ən yuxarı isə 9640 manata təklif edilir. Söhbət paytaxt ərasində daşınmaz əmlak qiymətlərindən gedir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti paytaxtın 12 rayonundan 11-də müxtəlif küçə və prospektlərdə mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb. Cəmiyyətin sədri Vüqar Oruc bildirib ki, son 10 ildə qiymətlər 100 faizdən çox artıb.
Ən aşağı qiymətə olanlar isə paytaxtın Qaradağ rayonundakı köhnə tikililərdir ki, onların da 1 kvm-i 1750 manata təklif edilir.
Vüqar Oruc bildirib ki, qiymətlərin artmasına müxtəlif amillər təsir edir. Cəmiyyətin sədri onu da əlavə edib ki, baş planın icrası çərçivəsində qiymət artımının davam edəcəyi prqonozlaşdırılır. //Xəzər TV