Hansı bankların xidmət səviyyəsi normaldır?

İQTİSADİYYAT
18:53 / 06.05.2025
49

“Kommersiya banklarında xidmət səviyyəsi yaxşı deyil. Bu hal daha çox Kapital Bank, Beynəlxalq Bankda müşahidə olunur”. 

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. 

O bildirib ki, bankla bağlı şikayəti olan vətəndaşlar bu barədə Mərkəzi Banka və Prezideny yanında Antiintisar Dövlət Agentliyinə müraciət edə bilərlər:

“İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Məhkəmə elə bir sistemdir ki, bu çox vaxt aparır, insanları bezdirir. Ən yaxşısı bank pisdirsə o bankdan imtina edilməlidir. Belə olarsa , banklar müştəri itirdiyini anlayıb, xidmət səviyyəsinə dəyişiklik edər”.

Sevinc

0