"AzerGold"un nizamnamə kapitalı 5 dəfəyə yaxın artırılır

İQTİSADİYYAT
13:19 / 07.05.2025
86

"AzerGold" QSC-nin nizamnamə kapitalının 216,3 milyon manat və yaxud 4,5 dəfə artırılaraq 62 milyon manatdan 278,3 milyon manata çatdırılması planlaşdırılır.

"Report"un əldə etdiyi məlumata görə, kapital artımı səhmdar cəmiyyətinin dövriyyədə olan 2 milyon manat ədəd səhminin nominal dəyərinin 31 manatdan 139,15 manata çatdırılması hesabına baş tutacaq.

Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.
 

0