"Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələr inkişaf edir. Bu inkişaf özünü son dövrlər daha yüksək həddə göstərir. 2024-cu ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 224 milyon dollar olub. 2021-ci ildə isə bu rəqəm 185 milyon dollar idi".
Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, 2022-2023-cu illərdə iki ölkə arasında ticarət dövriyyəsində daha çox artım müşahidə edilib:
"Bütün trend pozitivdir. İqtisadi əlaqələr üçün yeni imkanlar yaranır. Həmçinin, ölkələr arasında iqtisadiyyatdan başqa digər sahələr üzrə də əməkdaşlıq mümkündür. Turizm və xidmət sektorunda əməkdaşlıq potensialı yüksəkdir. Xüsusən də, iki ölkə arasında aparılan danışıqlar turizmin inkişafına töhdə verə bilər. Qarşılıqlı investisiya potensialı yüksəkdir. Azərbaycanlı iş adamları Vyetnamda sərmayə qoyuluşunda maraqlıdır. Eyni zamanda, vyetnamlı sahibkarlar da ölkəmizə investisiya qoymaq istəyir".
Sevinc