Avtomobil icarəsi xidmətləri uğurlu biznesdirmi?

İQTİSADİYYAT
22:17 / 07.05.2025
109

Bakıda avtomobil icarəsi xidmətləri son illərdə inkişaf etməyə başlayıb.

Maraqlıdır, Bakıda avtomobil icarəsi xidmətləri uğurlu biznesdirmi?

İqtisadçı  Xalid Kərimli Hit.az-a deyib ki, Bakı şəhərində maşınların icarəyə verilməsi biznesi ümumi olaraq mənfəətli ola bilər:

 “Lakin müəyyən məsələlər var ki, onlar avtomobil kirayəsi bazarında problemə çevriliblər. Maşın kirayəsi biznesinə rəqib olan taksi xidmətləri sahəsindəki yüksək rəqabət qiymətlərin aşağı düşməsinə səbəb olur. Bununla yanaşı, sürücülərin yol və maşından istifadə mədəniyyəti aşağıdır. Yerli bazarın kiçik olması və kirayə maşınlarının əsas istifadəçiləri olan turistlərin ölkəyə gəlişinin istənilən səviyyədə olmaması bazarın qarşılaşdığı əsas çətinliklərdir”.

Sevinc

0