Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad olunub.
HİT.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov tutduğu vəzifəsindən azad edilib.