Bu rayonun icra hakimiyyəti üçün yeni inzibati bina tikiləcək

İQTİSADİYYAT
11:48 / 08.05.2025
56

Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti (RİH) üçün yeni inzibati bina inşa olunacaq.

Trend-in məlumatına görə, rayon icra hakimiyyətinin tikintisi dayandırılmış yeni inzibati binasının layihələndirilməsi işləri aparılacaq.

Belə ki, RİH hazırda bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda RİH inzibati binanın layihələndirilməsinin 162 604 manata başa gələcəyini proqnozlaşdırıb.

0