“Azərbaycanda satılan kərə yağlarının heç biri standartlara uyğun deyil. Əslində, istifadə etdiyimiz yağların dad xüsusiyyətləri kərə yağı səviyyəsinə çatdırılmış yağlardır. Palma və müxtəlif bitki yağları buna misaldır”.
Bu fikri Hit.az-a həkim ekspert Adil Qeybulla deyib.
O bildirib ki, yağların həddən artıq qızardılması, dağ edilməsi nəticəsində konseregen tipli maddələr əmələ gəlir:
“Onlar da çökərək damar divarlarını qalınlaşdırır. Ürək-damar xəsəliklərinə səbəb olur. Bu gün xərçəng xəstəliyinin artmasına səbəb ölkədə qidalanma məsələsidir. Onların da bir hissəsi yağların payına düşür. Yağlarla çox ehtiyatlı olmaq lazımdır. Onlar insanlarda xüsusi asılılıq yaradır. Bu da uzun müddət istifadə etdiyimiz, öyrəşdiyimiz qida rasionumuza ziddir”.
Sevinc