Azərbaycanda tekstil sənayesi inkişaf etmək əvəzinə, idxaldan asılıdır.
Iqtisadçı Akif Nəsirli Hit.az-a deyib ki, Azərbaycanda toxuculuq sənayesinin inkişafı vacibdir:
“Azərbaycanın pambığından hazırlanan toxuculuq məhsulları ilə yerli tələbatı təmin etmək olar. Belə olduğu halda xaricdən pambıq məhsullarının idxalı da azalar. Sintetik məhsullar bizə lazım deyil. Çünki, ölkədə pambıq, yun, ipək istehsalı üçün xammal var. Sadəcə bunun üçün təşəbbüs stimullaşdırma lazımdır ki, ölkədən bu məhsullarla bağlı valyuta axını azalsın”.
Sevinc