Qubadlı rayonunun Zilanlı kəndində qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işləri ilə bağlı tender ləğv edilib.
Hit.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin elan etdiyi bu tenderin ləğvinin səbəbləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Bəlli olan odur ki, tender Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı ilə ləğv edilib.
Bu tender üzrə satınalma predemtinin ehtimal olunan qiyməti 33 216 000 manatdır.
Abbas