Kirayə mexanizmi ilə daha 157 mənzil satışa çıxarıldı

İQTİSADİYYAT
15:34 / 16.05.2025
97

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində daha 157 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

Bu barədə HİT.az-a Fonddan məlumat verilib.

Məlumatda qeyd edilir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Yeni mənzillər seçim üçün 23 may 2025-ci il tarixində 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6978 kirayə müqaviləsi bağlanıb.


 

0