Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının tenderi ləğv edilib.
Hit.az xəbər verir ki, kardioloji tibbi sərf materiallarının satın alınması üçün keçirilən tenderin ləğvi müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır.
Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 793 510,31 manatdır.
Abbas