Şərur Rayon İcra Hakimiyyəti kommunal texnikaların satın alınması ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “FC Group” şirkəti seçilib.
Şirkətin qiymət təklifi 418 000 manatdır.
İcra hakimiyyəti bu məbləğə kanalizasiya çəkmə-yuma maşını, vakuumlu yol süpürən avtomobil, tırtıllı buldozer, yük avtomobili və traktor (lafetlə birgə) almağı planlaşdırır.
Abbas