"İpoteka ilə bağlı dünyada müxtəlif formalar var. Bəzi ölkələrdə xüsusi ipoteka bankı yaradılıb və gənc ailələrə güzəştli kreditlər bu bank vasitəsilə verilir və ya dövlət bankının nəzdindəki bir şöbə vasitəsilə bunlar mailiyyələşir. Bizdə isə qarışıq sistemdir".
Bu fikirləri Hit.az-a iqtisadçı Natiq Cəfərli deyib.
O qeyd edib ki, bizdə ipoteka ilə bağlı hökümət büdcədən hər il pul ayırır:
"Bu pul operator banklar arasında bölüşdürülür. Bunu şərtlərlə həmin banklar təqdim edirlər. Ölkədə sosial ipoteka almaq istəyənlərin və buna haqqı çatanların sayı həddən artıq çoxdur. Sosial ipoteka hamını maraqlandırır, çünki , cəmi 4%-lidir. İnsanların bir çoxu, eynilə gənc ailələr, qazi, şəhid, dövlət qulluqçularının ailələri sosial ipoteka ala bilər. Amma onun həcmi az olduğundan bir çox ailələr bundan yararlana bilmir. Digəri kommersiya ipotekasıdır. Bu isə sərf etmir, faizlər həddən artıq yüksəkdir. Azərbaycanda maaşla bağlı müəyyən problemlər var. Ona görə də bu sahəyə dövlət siyasətinin yenidən baxılmasına ehtiyac var".
Sevinc