“Elvin Nazimoğlu” şirkətinə məxsus bu əmlaklar hərraca çıxarılır

İQTİSADİYYAT
17:17 / 21.05.2025
68

“Elvin Nazimoğlu” şirkətinə məxsus əmlaklar hərraca çıxarılacaq. 

Hit.az xəbər verir ki, iyunun 12-də keçiriləcək hərracda şirkətə məxsus EXO və USM aparatlarının satılması planlaşdırılır. 

EXO aparatının ilkin satış qiyməti 10 000 manat, USM aparatının ilkin satış qiyməti isə 14 000 manatdır. 

“Elvin Nazimoğlu” şirkəti 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi İsgəndərov Xəyal Sabir oğludur. 

Şirkətin hazırda 11 331,82 manat vergi borcu var. 

Abbas 
 

0