Nazirdən yeni təyinat: Şöbələr ləğv edildi

İQTİSADİYYAT
11:02 / 22.05.2025
95

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

HİT.az Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində - Qusar şəhərində Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilati işlər görülür.

Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.

0