Qeyri-neft sektorunun inkişafı üçün hansı sahələrə yönəlməliyik?

İQTİSADİYYAT
11:50 / 22.05.2025
72

"Bu gün Azərbaycanın ixracının təxminən 88-90 faizi neft-qaz sektorunu əhatə edir". 

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, büdcə gəlirlərinin 50-55 faizi neft sektorundan gəlir:

"Təəssüflər olsun ki, ölkəmizdə qeyri-neft sektoru zəif inkişaf edib. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün müəyyən addımlar atmaq lazımdır".

374001

Ekspert ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün bəzi təkliflər irəli sürüb:

"Hesab edirəm ki, turizmin yaxşı inkişaf istiqaməti ola bilər. Bunun üçün turizmə tam azadlıq vermək lazımdır. Həmçinin, quru sərhədlərin açılması da turizmin inkişafına töhfə verər. 

Məsələn, turizm sahəsində qonşu Gürcüstanın təcrübəsindən istifadə etmək olar. İl ərzində Gürcüstana gedən turist sayı Azərbaycanla müqayisədə 3-4 dəfə çoxdur. Hansı ki, adıçəkilən ölkə əhali və təbii tarixi turizm aktivləri cəhətdən bizdən geri qalır. Ona görə də Gürcüstanın turizm təcrübəsindən yararlana bilərik".

Mütəxəssis başqa təkliflər də verib:

"Nəqliyyat-kommunikasiya sahəsinə böyük investisiyalar yatırılıb. Lakin təəssüflər olsun ki, onun ümumi daxili məhsulun formalaşmasında ciddi təsiri yoxdur. Həmçinin, neft-kimya sənayesini də inkişaf etdirmək lazımdır. Ölkədə olan neft-qaz resurslarından neft-kimya sənayesində faydalanmaq olar. Eyni zamanda, kənd təsərrüfatının inkişaf etdirilməsi də əsas prioritetlərdən biri olmalıdır". 

Pərviz

0