Məlumata görə, banklar uzunmüddətli kredit vermir.
Banklar uzunmüddətli kredit verməkdən imtina edir.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, banklar üçün ən uzunmüddətli vəsaitlər onların nizamnamə kapitalıdır:
“Bankların vəsaitlərinin digər mənbəyi isə depozitlər və müştərilərin cari hesablarındakı vəsaitlərdir. Bu vəsaitlər də uzunmüddətli deyil, istənilən vaxt geri götürülə bilər. Banklara uzunmüddətli vəsaitləri Azərbaycan Mərkəzi Bankı verə bilər, amma bu istiqamətdə də onların imkanları məhduddur. Bank sistemi normal çalışan ölkələrdə uzunmüddətli kredit verən bank bilir ki, nə vaxtsa əmanətçilər pullarını kütləvi şəkildə geri götürmək istəsələr, o, ölkənin mərkəzi bankına müraciət edib kredit götürə biləcək”.
Sevinc