Son zamanlar paytaxt yollarında dilənçilərin artması müşahidə edilir.
Bu istiqamətdə mübarizə aparılsa da, dilənçiliklə məşğul olan uşaqlara rast gəlinir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, uşaqların diləndirilməsi düzgün deyil:
“Bu işlə məşğul olanlar qanunla məsuliyyət daşıyır. Ölkədə dilənçi uşaqların mövcud olması xoşagələn hal deyil. Bu göstərici həmin vətəndaşların sosial müdafiəsinin olmamasından irəli gəlir. Dilənçiliklə məşğul olmaq inzibati xətadır”.
Ekspert hesab edir ki, dilənən uşaqlara dəstək olmaq üçün pul verilməməlidir:
“Dilənən uşağa pul verilməsi doğru addım deyil və heç də uşaqlara dəstək verildiyini göstərmir. Əksinə, qanunsuzluğun artmasına şərait yaradılır. O uşağa yardım etmək istəyiriksə, onun nədən bu işlə məşğul olduğunu öyrənməliyik”.
Sevinc