Bu agentliyin 12 milyonluq tenderi ləğv edildi

22:16 / 22.05.2025
265

Quba rayonunda 70 yerlik Uşaq Reabilitasiya Mərkəzinin tikintisi təxirə salınıb. 

Hit.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin bununla bağlı keçirdiyi tender ləğv edilib. Bunun səbəbi maliyyələşdirmənin dayandırılması ilə bağlıdır. 

Uşaq Reabilitasiya Mərkəzinin tikintisi və təchizatı işlərinin ehtimal olunan qiyməti  12 657 007,80 manat idi. 

Abbas 

0