Dövlət Gömrük Komitəsinin sədrinə yeni təyin olunan müavin Fuad Məmmədovun rütbəsi artırılıb.
HİT.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, F.Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib. O, iki ay əvvəl vəzifəyə təyinat alanda rütbəsi mayor idi.
Qeyd edək ki, Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.